Trampı tərifləyib, Obamanı pislədi

trampi-terifleyib-obamani-pisledi
Oxunma sayı: 1345

ABŞ-ın 45-ci prezidenti Donald Tramp Latın Amerika ölkələrinə nə dəyişiklik gətirirsə-gətirsin, bu, sələfi Barak Obamanın tətbiqlərindən daha pis olmayacaq”.

Qafqazinfo”nun “Vətən” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Venesuelanın hazırki prezidenti Nikolas Maduro bəyan edib.

Maduro açıqlamasında bildirib ki, Trampla bağlı mənfi fikirləri yoxdur: “Trampa qarşı məşhur KİV-lər tərəfindən nifrət kampaniyası həyata keçirilir”.

Qeyd edək ki, ABŞ Venesuelanın ən böyük ticarət ortaqlarından biri olub, lakin son illər iki ölkə arasında diplomatik əlaqələr gərginləşib. Bu dövlətlər bir-birinin ərazisinə qarşılıqlı olaraq səfir göndərməyib.