Trampdan Qüds açıqlaması

trampdan-quds-aciqlamasi
Oxunma sayı: 1442

ABŞ-ın Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Trump qalib gələcəyi təqdirdə Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını açıqlayıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu sözləri Manhettendəki “Trump Tower” də İsrailin Baş naziri Binyamin Netahyahu ilə görüşdə bildirib.

İclasda İran ilə nüvə anlaşması, İŞİD-ə qarşı mübarizə, ABŞ-ın İsrailə hərbi dəstəyi və digər məsələlər müzakirə olunub.

Tramp açıqlamasında “bölgədə sülh fələstinlilərin nifrət və şiddətdən əl çəkərək İsraili dövlət kimi tanımasından sonra mümkün ola biləcəyini” bildirib.