Tramp Yeni ili xanımı və oğlu ilə qarşılayacaq - Gecədə Silvester Stallon da olacaq

tramp-yeni-ili-xanimi-ve-oglu-ile-qarsilayacaq
Oxunma sayı: 2518

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp 2017-ci ili Florida ştatındakı iqamətgahında qarşılayacaq.

Qafqazinfo” “The Hill” nəşrinə istinadən xəbər verir ki, 800-dən çox qonağın iştirak edəcəyi mərasimə kinoaktyor Silvester Stallon və musiqiçi prodüsser Kuinsi Cons da qatılacaq.

“Mar-a-Laqo” iqamətgahında qonaqlara öncə kokteyl təklif olunacaq, daha sonra bayram naharı və rəqslərin olması planlaşdırılır.

Gecədə birinci xanım Melaniya Tramp və 9 yaşlı oğulları Berron da olacaq.