Tramp Snup Doqqa əsəbiləşdi - “Obama olsa, həbs edərdi”

tramp-snup-doqqa-esebilesdi
Oxunma sayı: 2146

ABŞ prezidenti Donald Tramp repçi Snup Doqqun klipindən hiddətlənib.

Qafqazinfo” xəbər verir ki, Tramp etirazını tvitter hesabı vasitəsilə bildirib. Dövlət başçısı hesab edir ki, eks-prezident Barak Obamanın dövründə bu davranışa görə onu həbs gözləyə bilərdi:

“Siz təsəvvür edə bilirsiniz ki, karyerası yoxuşaşağı gedən Snup Doqq Obamaya tapança tutsa və atəş açsaydı, necə səs-küy yaranardı? Onu həbsxana gözləyərdi”.

Qeyd edək ki, repçinin bu yaxınlarda yayımlanan klipində hadisələr klounlar aləmində cərəyan edir. Klipdə Trampa bənzəyən klounlardan birinin oyuncaq tapança ilə vurulması əks etdirilir.