Tramp seçkiqabağı kampaniyaya milyard dollar xərcləyəcək

tramp-seckiqabagi-kampaniyaya-milyard-dollar-xercleyecek
Oxunma sayı: 641

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə yeganə namizəd, milyarder Donald Tramp seçkiqabağı kampaniyaya milyard dollar xərcləməyi planlaşdırır.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, NBC telekanalında açıqlama verən Tramp bəyan edib ki, onun seçki qərargahı Respublikaçılar partiyasının Milli Komitəsi ilə birgə milyard dollar toplamalıdır, belə ki, rəqbin demokratlar 2 milyard qoymağa qadirdilər.

Qeyd edək ki, Trampın sərvəti təxminən 4,5 milyard dollar dəyərində qiymətləndirilir.

Amerikanın qeyri-kommersiya təşkilatı "Center for Public Integrity”nin açıqladığı rəqəmlərə görə, aprelin 20-i hər iki partiya- demokratlar və respublikaçılar 1,23 milyard toplayıb, 1,05 milyord isə xərcləyiblər.

Reytinqdə lider olan demokratlat Hillari Klinton və Berni Sanders müvafiq olaraq 263 və 186 milyon dollar toplayıblar.

Trampın qərargahı isə 51 milyon dollar toplayıb.