Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayacaq

tramp-miqrasiya-ile-bagli-yeni-ferman-imzalayacaq
Oxunma sayı: 904

Prezident Donald Tramp növbəti həftə bəzi ölkələrdən gələn miqrantların ABŞ-a girişini əngəlləyəcək yeni fərman imzalayacaq.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp keçirdiyi mətbuat konfransında bildirib.

Trampın yeni fərmanın hansı ölkələri əhatə edəcəyi açıqlanmayıb.

Qeyd edək ki, Vaşinqton əyaləti Federal hakimi Ceyms Robart bir müddət öncə prezident Trampın 7 müsəlman ölkəsindən gələn miqrantların ABŞ-a girişini qadağan edən fərmanın icrasını dayandırmışdı.