Tramp miqrantlarla bağlı yeni fərman imzalayacaq

tramp-miqrantlarla-bagli-yeni-ferman-imzalayacaq
Oxunma sayı: 1065

ABŞ prezidenti Donald Tramp növbəti həftə immiqrasiyanın məhdudlaşdırılması ilə bağlı yeni fərman imzalamağı planlaşdırır.

Qafqazinfo”nun məlumatına görə, bu barədə “Fox News” Tvitter mikrobloqunda öz şəxsi mənbələrinə istinadən xəbər yayıb.

“Fox Business” telekanalının efirindən hazırlanmış videoda aparıcılar qeyd edirlər ki, mənbələrdə hələ ki, sənədin hansı quruluşda olduğuna, onun əvvəlki fərmanla eynilik təşkil edib-etməyəcəyi haqda məlumat yoxdur.

Xatırladaq ki, Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.