Tramp məhkəmənin qərarından yazdı - “Çox biabırçıdır”

tramp-mehkemenin-qerarindan-yazdi
Oxunma sayı: 1221

ABŞ Apellyasiya məhkəməsi prezident Donald Trampın immiqrasiya fərmanın icrası ilə bağlı qadağanı qüvvədə saxlayıb.

Qafqazinfo” xəbər verir ki, ABŞ-ın 45-ci rəhbəri Tvitter mikrobloqunda məhkəmənin bu bəyanatını sərt şəkildə tənqid edərək çox biabırçı qərar olduğunu bildirib.

Xatırladaq ki, Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.