Tramp mediaya qarşı - Jurnalistlər Ağ Evə buraxılmadı

tramp-mediaya-qarsi
Oxunma sayı: 1094

“CNN” telekanalının, eləcə də “The New York Times”, “Los Angeles Times” və “Politico” qəzetlərinin əməkdaşları Ağ Evdə keçirilən brifinqə buraxılmayıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “CNN”in məlumatında bildirilir.

Telekanalın müxbirinin sözlərinə görə, Ağ Evdə brifinqin keçirildiyi salona daxil olarkən mühafizəçilər onu saxlayaraq bildiriblər ki, onun adı iştirak edəcək şəxlərin siyahısında yoxdur.

Prezident Donald Trampın administrasiyası hələ ki, xəbəri şərh etməyib.

“Associated Press” informasiya agentliyinin jurnalisti həmrəylik naminə brifinqi boykot edib. O, öz etirazını Ağ Evin Müxbirlər Dərnəyinə bildirib.

“CNN”in məlumatına görə, brifinqdə “Breitbart News”, “The Washington Times” və “One America News Network” konservativ nəşrlərinin müxbirləri iştirak edib.

Xatırladaq ki, D. Tramp fevralın 18-də çıxışlarından birində “NBC”, “CBS”, “CNN”, “ABC” teleşirkətlərini və “The New York Times” qəzetini Amerika xalqının düşməni adlandırıb, yanvarın 11-də mətbuat konfransı zamanı isə “CNN”in müxbirinin sualını cavablandırmaqdan imtina edib.