Tramp kobud səhvi ilə yenidən gündəmdə

tramp-kobud-sehvi-ile-yeniden-gundemde
Oxunma sayı: 3072

ABŞ prezidenti Donald Tramp siyasətçiləri səhv salmağı ilə yenidən müzakirə mövzusuna çevrilib.

"Qafqazinfo" Financial Times-a istinadən xəbər verir ki, bu haqda Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker açıqlama verib. O, Trampın onu Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla qarışdırmasını bağışlanmaz səhv adlandırıb:

"Tramp Avropa işlərindən heç nə başa düşmür. O, Tuskla telefonla danışıb, amma onun mən olduğunu zənn edib".

Yunker əlavə edib ki, bu hadisə tarixdə ilk dəfə qeydə alınıb və onu deməyə əsas verir ki, ABŞ kimi bir ölkənin lideri Avropa haqda maraqlı deyil.

O, vurğulayıb ki, növbəti ay Vaşinqtona səfərə gedəcək, amma Trampla görüşüb-görüşməyəcəyini bilmir.