Tramp İŞİD-i xərçəngə bənzətdi

tramp-isid-i-xercenge-benzetdi
Oxunma sayı: 710

ABŞ prezidenti Donald Tramp İŞİD terror təşkilatını getdikcə böyüyən xərçəng şişi ilə müqayisə edib.

Qafqazinfo” sputnik-ə istinadən xəbər verir ki, bu barədə Tramp keçirdiyi mətbuat konfransında açıqlayıb.

“Gəlin həqiqətin gözünə dik baxaq. Mən nəhəng problemləri həll etmək zərurəti ilə üz-üzə qalmışam. Yaxın Şərq faciəsi, Simali Koreya ilə bağlı vəziyyət və sairə. Biz bunları həll edəcəyik… Mən hərbçilərimizə general Ceyms Mattisi göndərdim. O indi İŞİD-lə mübarizə planı üzərində işləyir. İŞİD günahsız insanlara işgəncə verən qrupdur. Əvvəlcə onlar dünyanın müxtəlif yerlərində kiçik qruplar idilər. İndi onlar böyüyürlər. Onlar xərçəng kimi yayılırlar. Bu da qarşımda olan daha bir problemdir”, — deyə Tramp bildirib.