Tramp ABŞ-ın müdafiə xərclərini artırdı - 54 milyard dollar

tramp-abs-in-mudafie-xerclerini-artirdi
Oxunma sayı: 833

ABŞ prezidenti Donald Tramp yeni büdcəyə əsasən Müdafiə Nazirliyinin xərclərini 54 milyard dollar artırmaq qərarına gəlib.

Qafqazinfo”nun “Associated Press”ə istinadən xəbərinə görə, Tramp bu məbləği xarici investisiyalar olmaqla digər xərclərdən kəsərək kompensasiya edəcək.

“Yeni büdcə xalqın təhlükəsizliyi üçün formalaşdırılacaq. Biz ölkənin ümidlərini doğruldacağıq”, - Amerika lideri Pentaqonun xərclərinin artırılması ilə bağlı planlarını şərh edərkən bildirib.