Timoşenkoyla Trampın görüşü müzakirələrə səbəb oldu

timosenkoyla-trampin-gorusu-muzakirelere-sebeb-oldu
Oxunma sayı: 1834

Ukraynanın “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko ABŞ prezidenti Donald Trampla tualetin yaxınlığında görüşdüyünə dair xəbərləri təkzib edib.

Qafqazinfo”nun məlumatına görə, o, “112 Ukraina” telekanalının efirində çıxışı zamanı bildirib ki, Trampla görüşü xüsusi otaqda baş tutub.

“Mən bu cür yalan xəbərin bizim dövlətin nüfuzuna xələl gətirməyini istəmirəm. Sözsüz ki, bu, iftiradır”, - deyə Timoşenko söyləyib.