Təyyarənin düşdüyü qəsəbə sakinləri - “Elə bildik zəlzələdir”

teyyarenin-dusduyu-qesebe-sakinleri-
Oxunma sayı: 1498

Qırğızıstanda təyyarənin düşdüyü Daça-Suu qəsəbəsinin sakinləri hadisənin ilk dəqiqələri barədə danışıblar.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, qəsəbə sakinləri əvvəl nə baş verdiyini başa düşməyiblər. Sakinlər bildirir ki, ilk olaraq gurultu eşidiblər və zəlzələ olduğunu düşünüblər.

“RT” telekanılan danışan Zümriyat adlı sakinin sözlərinə görə, təyyarənin yerə necə düşdüyünü görməsə də, hava nəqliyyatı ilk olaraq onun qohumunun evinə dəyib. O, bildirib ki, yerə enən təyyarə qohumunun evinin damına dəyib, daha sonra qonşuluqdakı evin üstünə düşüb.

Aysel Kərimova