İspaniyadan Polşaya uçan sərnişin təyyarəsi Çexiyanın Praqa şəhərində təcili eniş edib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin təyyarəni partladacağını deməsi olub.
Məlumata görə, hadisə zamanı təyyarənin göyərtəsində 162 sərnişin və 4 heyət üzvü olub.
Polis partlayıcı qurğunu işə salacağı ilə göyərtədəkiləri hədələyən şəxsi zərərsizləşdirib. Saxlanılan şəxsin polşalı olduğu bildirilib.
Bundan əlavə bütün sərnişinlərin təyyarədən heç bir xəsarət almadan təxliyyə olunduğu və Praqa otelə yerləşdirildiyi qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər