Təyyarə qəzasında ölənlər Aİ nümayəndələri deyil - Rəsmi açıqlama

teyyare-qezasinda-olenler-ai-numayendeleri-deyil
Oxunma sayı: 1410

Maltada qəzaya uğrayan təyyarədə Avropa İttifaqının nümayəndələri olmayıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa xarici siyasət xidmətinin yaydığı bəyanatda deyilir:

“Bu gün səhər Maltada təyyarənin qəzaya uğraması xəbəri ilə bağlı onu deyə bilərik ki, göyərtəsində Avropa İttifaqının nümayəndələri olmayıb. Təyyarə, həmçinin Avropa İttifaqının hər hansı fəaliyyəti ilə əlaqəli olmayıb”.

Aİ-nin diplomatik xidməti qeyd edib ki, qurumun Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini Malta hökuməti ilə əlaqədədir və hadisələri izləyir.

Qeyd edək ki, daha əvvəl təyyarə qəzada 5 nəfərin öldüyü açıqlanmışdı.