Terroru törədən kimlər olub

terroru-toreden-kimler-olub
Oxunma sayı: 2579

İyunun 28-də İstanbulda Atatürk hava limanında baş vermiş terror aktını Tacikistan əsilli terrorçular tərəfindən törədildiyi bildirilir.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb. Qəzetin verdiyi məlumata görə, terror aktını 3 terrorçu törədib. Onların şəxsiyyəti hələlik məlum deyil.

Son məlumatlara görə, İstanbul hava limanında terror aktı nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb. İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.