Terrorla bağlı 1000 nəfər saxlanılıb

terrorla-bagli-1000-nefer-saxlanilib
Oxunma sayı: 656

2015-ci ildə Avropa İttifaqında terrorçuluqda şübhəli bilinən min nəfər saxlanılıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Terrorizmlə Mübarizə Mərkəzinin rəhbəri Маnuel Navarret Paniaqua məlumat verib. Paniaqua onu da bildirib ki, qurum il ərzində Avropada 211 terror cəhdini qeydə alıb.

Noyabrın 13-də Parisdə baş verən və 150 nəfərin ölümünə səbəb olan terror aktı isə ən qəddar hadisə kimi qeyd edilib.

Aysel Kərimova