Terrorçular həbs edildi

terrorcular-hebs-edildi
Oxunma sayı: 1647

Qazaxıstanda terror törətmək istəyən şəxslər saxlanılıb.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin sədri Vladimir Jumakanov bildirib. Onun sözlərinə görə, Qaraqanda vilayətində xüsusi əməliyyat həyata keçirilib, bu zaman altı ekstremist saxlanılıb. Bildirilir ki, saxlanılanlar yerli sakinlərdir və onlar vilayətdə terror aktları törətməyi planlaşdırıblar.

Jumakanov onu da əlavə edib ki, ələ keçirilən şəxslərin Aktobada baş verən atışma ilə əlaqələri yoxdur.

Xatırladaq ki, iyunun 6-da Aktoba şəhərinin bir neçə rayonunda atışma baş vermişdi. Hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib.

Aysel Kərimova