Təcili eniş edən təyyarədə bomba tapılmayıb - Yenilənib

tecili-enis-eden-teyyarede-bomba-tapilmayib
Oxunma sayı: 1245

“American Eagle” aviaşirkətinə məxsus təyyarə Los-Ancelesdə partlayış təhlükəsinə görə təcili eniş edib.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, təyyarə Hyuston şəhərindən havaya qalxandan sonra naməlum şəxs hava limanına zəng edərək göyərtədə bomba olduğunu deyib. Bu xəbərdarlıqdan sonra təyyarə Los-Anceles aeroportunda təcili eniş etməli olub. Sərnişinlər təyyarədən çıxarılıb.

Hazırda təyyarənin göyərtəsində axtarışlar aparılır, əməliyyata xidməti itlər cəlb olunub.

***

Polislər təyyarənin göyərtəsində bomba tapmayıblar.