Tayvanda güclü zəlzələ - Binalar uçdu, ölənlər var

tayvanda-guclu-zelzele
Oxunma sayı: 1814

Tayvanda baş verən 6,4 ballıq zəlzələdə ölənlərin sayı 7-ə çatıb, 380 nəfər isə yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, güclü zəlzələ nəticəsində Tayvanın azı beş iri binasına ciddi ziyan dəyib.

Qeyd edək ki, Tayvan planetin seysmik cəhətdən ən aktiv zonalarından hesab edilir. 1999-cu ildə baş vermiş 7,6 ballıq zəlzələ adanın tarixində ən güclüsü olub və nəticədə 3 minə yaxın insan vəfat edib.