Tanzaniyada qayıq aşdı - 12 ölü

tanzaniyada-qayiq-asdi
Oxunma sayı: 721

Tanzaniya sahillərində motorlu qayıq aşıb.

Qafqazinfo”nun “Reuters”ə istinadən xəbərinə görə, hadisə nəticəsində 12 nəfər ölüb, 27 nəfər xilas olunub.

Qeyd olunur ki, qayıq liman şəhəri Tanqidən Zanzibar arxipelaqı və Hind okeanına gedirmiş.

Qəzanın baş verməsinə səbəb kimi güclü dalğanın olması göstərilir.

Qayığın göyərtəsində nə qədər adamın olduğu haqda məlumat yoxdur.