Tanınmış komandir “Qivi” öldürüldü - Kabinetində partlayış

taninmis-komandir-qivi-olduruldu
Oxunma sayı: 3206

Ukraynanın Donetsk bölgəsində separatçılara başçılıq edən tanınmış komandir öldürülüb.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, “Somali” batalyonunun komandiri, “Qivi “ ləqəbli Mixail Tolstıx bu gün səhər saatlarında, yerli vaxtla 06.12-də kabinetində törədilmiş partlayış nəticəsində həlak olub.

Qeyd edək ki, "Qivi" əsir düşmüş ukraynalı hərbçilərlə qəddar davranışı və onlara verdiyi işgəncələrlə tanınırdı.

Aysel Kərimova