Tallin aeroportunda bomba həyəcanı - 200 insan evakuasiya edildi

tallin-aeroportunda-bomba-heyecani
Oxunma sayı: 739

Bu gün səhər saatlarında Tallin aeroportundan 200 insan evakuasiya edilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb bomba ilə bağll məlumat daxil olması olub. Belə ki, sərnişinlərdən biri baqajında partlayıcı olduğunu bəyan edib.

Axtarış zamanı şübhəli heç nə aşkar edilməyib. Polisə bomba ilə bağlı yalan məlumat verən sərnişin isə saxlanılıb. Haqqında cinayət işi açılıb. Onu 5 ilə qədər həbs cəzası gözləyir.