“Taliban”ın 50-dən çox üzvü zərərsizləşdirildi

talibanin-50-den-cox-uzvu-zerersizlesdirildi
Oxunma sayı: 637

Əfqanıstan hərbçiləri ölkənin cənubunda “Taliban” radikal qruplaşmasının 50-dən çox üzvünü zərərsizləşdirib.

Qafqazinfo” "Report"a istinadən xəbər verir ki, bu barədə "Khaama Press" agentliyi məlumat yayıb.

Əfqanıstan ordusu Qəndəhar əyalətində aparılan hərbi əməliyyatar zamanı aviasiya və artilleriyanın yardımı ilə yaraqlıların texnikalarını, o cümlədən bir neçə avtomobil, daha əvvəl yaraqlıların ələ keçirdiyi "Ford Ranger 25" markalı 4 ədəd polis maşını və 25 motosikleti də məhv edə bilib.