“Taliban” əsir müəllimlərin videosunu yaydı - Video

taliban-esir-muellimlerin-videosunu-yaydi
Oxunma sayı: 2384

“Taliban” terror qruplaşması Əfqanıstanın Kabil şəhərində əsir götürdüyü Amerika Universitetinin müəllimlərinin görüntüsünü yayıb.

Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, 13 dəqiqəlik videoda girovlar ABŞ-ın yeni seçilmiş prezidentinə müraciət ediblər.  Kevin Kinq və Timati Uiks prezident Donald Trampdan kömək istəyiblər. Görüntünün yanvarın 1-də qeydə alındığı güman edilir.

Terrorçular müəllimləri Baqram həbsxanasında saxlanılan “Taliban” üzvlərinin qarşılığında azad etməyi təklif ediblər.

Qeyd edək ki, müəllimlər 2016-cı ilin avqustun 7-də girov götürülüb.