Suriyaya dair Brüssel görüşünün vaxtı açıqlandı

suriyaya-dair-brussel-gorusunun-vaxti-aciqlandi
Oxunma sayı: 633

Avropa İttifaqı (Aİ) BMT ilə əməkdaşlıq çərçivəsində Brüsseldə London konfransının davamı olaraq Suriyaya dair konfrans keçirəcək.

Qafqazinfo”nun “Ria novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini bildirib.

“Aİ aprelin 5-də Brüsseldə Suriyanın və regionun gələcəyinə dəstək naminə konfrans keçirəcək”, - deyə F. Moqerini jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, BMT, Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və Qətər konfransda həmsədrlər kimi çıxış edəcək.