Suriyadakı əməliyyatlarda Türkiyənin 3 əsgəri yaralandı

suriyadaki-emeliyyatlarda-turkiyenin-3-esgeri-yaralandi
Oxunma sayı: 633

Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı “Fərat qalxanı” əməliyyatının 35-ci günündə Çobanbəy qəsəbəsində gedən döyüşlərdə 3 əsgər yaralanıb.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, yaralı əsgərlər sərhəddən təcili tibbi yardım avtomobili ilə götürülərək Kilis Dövlət Xəstəxanasına yerləşdirilib.

Əsgərlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, Türkiyə “Fərat qalxanı” adlı əməliyyata avqustun 24-də start verib. Türkiyə ordusunun Suriyada həyata keçirdiyi əməliyyat çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu 15-dan çox kəndi terrorçulardan azad edib.