Suriyada ötən il 650 uşaq ölüb

suriyada-oten-il-650-usaq-olub
Oxunma sayı: 674

Ötən il Suriyada hərbi münaqişələr nəticəsində 650 uşaq ölüb.

Qafqazinfo” xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu məlumat yayıb. Daha bir neçə yüz uşaq isə dərman və tibbi yardım çatışmazlığından ölüb.

UNICEF-in məlumatlarına görə, ötən il 851 uşaq silahlı qruplaşmaların tərəfində hərbi əməliyyatlarda iştirak etmək məcburiyyətində qalıb.