Suriyada kimyəvi silahdan istifadə olunub - BMT

suriyada-kimyevi-silahdan-istifade-olunub-
Oxunma sayı: 1343

BMT Suriyada Əsəd rejiminin üç dəfə kimyəvi silahdan istifadə etdiyini açıqlayıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

BMT müstəqil araşdırma komissiyası tərəfindən BMT Təhlükəsizlik Şurasına təqdim olunan hesabata görə, İdlib şəhərində 2015-ci ilin 16 martda rejim qüvvələri tərəfindən kimyəvi silahdan istifadə olunub.

Hesabatda xlor qazı olan çən bombalarının helikopterlər vasitəsilə atıldığı qeyd edilib.

Təşkilatın hesabatında Suriyada Əsəd rejiminin üç dəfə kimyəvi silahdan istifadə etdiyi sübut olunub.