Suriyada hərbi müəssisə qarşısında terror - 35 ölü

suriyada-herbi-muessise-qarsisinda-terror
Oxunma sayı: 794

Suriyanın Homs şəhərində iki terrorçu-kamikadze hərbi müəssisənin yaxınlığında özünü partladıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlardan biri özünü dövlət təhlükəsizliyi bölməsi, digəri hərbi kəşfiyyat xidməti qarşısında partladıb.

İlkin məlumata görə, azı 35 nəfər ölüb, onlarla yaralı var. Ölənlərin arasında hərbi təhlükəsizlik bölməsinin rəisi, general Həsən Daabulun da olduğu bildirilir.