Suriyada bomba yüklü maşın partladı - 15 ölü, 45 yaralı + Fotolar + Yenilənib

suriyada-bomba-yuklu-masin-partladi
Oxunma sayı: 1306

Suriyanın Latakiya vilayətində, Cabla şəhərində partlayış olub.

Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, bomba yüklü avtomobil partlayıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı müəyyənləşdirilir.

Terror qruplaşmalarından heç biri partlayışa məsuliyyəti öz üzərinə götürməyib.

***

“Al Mayadeen” xəbər verir ki, partlayış nəticəsində 15 nəfər həlak olub, 45 nəfər yaralanıb.

Qeyd olunur ki, bomba yüklü avtomobilin sükanı arxasında kamikadze olub.