Suriyada aviazərbələr - 11 ölü, 35 yaralı

suriyada-aviazerbeler
Oxunma sayı: 659

Suriyanın Deyr-ez-Zor şəhərində aviazərbələr nəticəsində 11 nəfər həlak olub, 35 nəfər yaralanıb.

Qafqazinfo”nun “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Suriya İnsan Haqqları Rəsədxanasının bəyanatında bildirilir.

Qeyd olunur ki, ölənlərin və xəsarət alanların sayının artacağı istisna olunmur.

Məlumata görə, aviazərbəni hansı ölkənin Silahlı Qüvvələrinin həyata keçirdiyi hələ ki, müəyyənləşdirilməyib. O da bildirilir ki, insident ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın yerləşdiyi şəhərdə baş verib.