Suriyada 300 nəfər atışma və toqquşmaların qurbanı olub - BMT

suriyada-300-nefer-atisma-ve-toqqusmalarin-qurbani-olub
Oxunma sayı: 649

Suriyanın Rakka və Əl-Bab şəhərlərində aviazərbələr, terror aktları və toqquşmalar nəticəsində təxminən 300 insan həlak olub.

Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O'Brayen  bildirib.

O, Təhlükəsizlik Şurasının iclasında çıxışında “Son həftələr ərzində Rakka və Əl-Bab şəhərlərində aviazərbələr və toqquşmalar mülki şəxslər arasında çoxsaylı qurbanlara, infrastrukturun dağılmasına səbəb olub. BMT-yə daxil olan məlumata görə, aviazərbələr və əldəqayırma bombaların partlamasından nəticəsində təxminən 300 sakinin ölüb”,- deyə qeyd edib.