Suriya ordusu əks-hücuma keçib

suriya-ordusu-eks-hucuma-kecib
Oxunma sayı: 865

Suriya ordusu Deyr-ez-Zoru şəhərini İŞİD-dən azad etmək üçün əks-hücuma keçib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hərbi mənbələrdən verilən məlumata görə, ordu Deyr-ez-Zoruda itirdikləri mövqeləri qaytarmaq üçün əməliyyata başlayıb. Hərbçilər terrorçuları hava limanından və digər strateji yüksəkliklərdən çıxara bilib.

Rusiya Hərbi Hava Qüvvələri əməliyyatalara havadan dəstək verib.

“Al Watan”nin məlumatına görə, Palmirada da əks-hücuma keçən ordu buradakı neft və qaz yataqlarına nəzarəti geri qaytarmağa çalışır. Əməliyyatlarda 10 hərbçi o cümlədən “Səhra şahini” xüsusi təyinatlıları iştirak edir.