Suriya hərbi təyyarəsi vuruldu

suriya-herbi-teyyaresi-vuruldu
Oxunma sayı: 1236

Suriya Hərbi Hava Qüvvələrinin təyyarəsi Hələbin şərq hissəsində yaraqlılar tərəfindən vurulub.

Qafqazinfo” xəbər verir ki,  bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.  

Kanalın məlumatına görə, vurulan təyyarə şəhərin hava limanının yaxınlığında yerə düşüb. Ekipajın həlak olduğu bildirilib.

“İnterfaks”ın Suriyadakı hərbi mənbəyə istinadən məlumatına görə, yaraqlılar hərbi təlim təyyarəsi olan L-39 vurublar.

Qeyd edək ki, şərqi Hələbin azad edilməsi əməliyyatı noyabrın 21-də başlayıb.