Suriya əhalisinin 11.5 faizi ölüb - 5 ildə...

suriya-ehalisinin-115-faizi-olub-
Oxunma sayı: 1702

Suriyada son beş il ərzində 470 min insan həlak olub.

“Qafqazinfo”nun report-a istinadən xəbərinə görə, Suriyanın Siyasət Araşdırmaları Mərkəzinin son hesabatına əsasən, bu ölkədə 400 min insan zorakılıqlar nəticəsində, 70 min nəfər səhiyyə xidmətləri, ərzaq, su qıtlığı və yaşayış yerlərindən məhrum olduqlar ölüb.

Mərkəzin hesabatında deyilir ki, ölənlər Suriya əhalisinin 11.5 faizini təşkil edir.

Vətəndaş müharibəsi səbəbi ilə 1.9 milyon insan xəsarət alıb.

13.8 milyon suriyalının qazanc əldə edə bilmədiyi deyilir. Əhalinin 45 faizi məcburi köçkünə çevrilib. Onların 4 milyonu xarici ölkələrdə sığınacaq tapıb.