Soyuqdan 37 nəfər ölüb - Əfqanıstanda

soyuqdan-37-nefer-olub
Oxunma sayı: 782

Əfqanıstanda son günlər davam edən güclü qar və yağışlar səbəbindən 37 nəfər dünyasını dəyişib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar üzrə naziri Vais Əhməd Bermak bildirib.

Onun sözlərinə görə, hökumət zərərçəkənlərə kömək və maddi yardım təşkil edib.

Bundan əlavə xilasedicilərin və humanitar yardımların təbii hadisədən zərər çəkmiş ərazilərə çatdırılması üçün yollar qardan təmizlənməsi davam edir.