“Sonuncu samuray”ın mübarizəsi davam edir

sonuncu-samurayin-mubarizesi-davam-edir
Oxunma sayı: 1760

Yaponiyada doğulmuş Hollivud ulduzu, “Sonuncu samuray” filmində əsas rolun ifaçısı Ken Vatanabe mədə xərçənginə qarşı müalicə alır. Buna baxmayaraq, o, pərəstişkarlarına yenidən ekranlara çıxacağını vəd edib.

K.Vatanabe beynəlxalq aləmdə nüfuz qazanan azsaylı yapon aktyorlarından biridir. İyirmi il əvvəl aktyor leykemiyadan uğurla müalicə olunduğuna görə, yeni xəstəliyi də mərdliklə qarşılayıb.

Aktyor öz “Tvitter” səhiəsində bildirir ki, xərçəng ilk mərhələdə aşkar edildiyindən sağalmaq şansı çox böyükdür. Amma hazırda müalicə aldığına görə, 56 yaşlı aktyor Brodveydə səhnələşdirilən “Kral və mən” əsərində oynaya bilməyəcək.

Ken Vatanabe tamaşaçılara “Betmen: Başlanğıc”, “İvocimadan məktublar”, “Başlanğıc”, həmçinin “Transformerlər” filminin dördüncü hissəsindən yaxşı tanışdır. “Sonuncu Samuray” filmində ifasına görə K.Vatanabe ən yaxşı ikinci plan aktyoru nominasiyasında Oskar mükafatına layiq görülüb. /Azərtac/