“Sonsuz qadın” ifadəsinə əsəbiləşdi - Papaya zəng etdi

sonsuz-qadin-ifadesine-esebilesdi
Oxunma sayı: 2438

Roma Papası Fransiskonun Avropanı “sonsuz qadına” bənzətməsi Almaniya kanslerinin xoşuna gəlməyib.

“Qafqazinfo” xarici KİV-ə istiandən xəbər verir ki, Papanın bu yaxınlarda verdiyi müsahibəsində etiraf edib ki, həmin açıqlamasından sonra Merkel ona zəng edib və bir qədər əsəbi olub:

“Merkel bir az əsəbi idi. Çünki Avropanı uşaq dünyaya gətirə bilməyən sonsuz qadına bənzətmişdim. Avropa haqqında həqiqətən belə düşünüb-düşünmədiyimi soruşdu. Mən isə “bəli, uşaq doğa bilər, Avropanın güclü və dərin kökləri var” dedim”.

Xatırladaq ki, 2014-cü ildə Papa Avropa Parlamentindəki çıxışı zamanı “yorğun Avropa artıq doğmaq qabiliyyətini və enerjisini itirən yaşlı bir nənəyə bənzəyir” sözlərini işlətmişdi.