Solomon adalarında 6,7 ballıq zəlzələ

solomon-adalarinda-67-balliq-zelzele
Oxunma sayı: 649

Solomon adalarında 6,7 maqnitudalı zəlzələ baş verib.

Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geoloji Xidmətinin rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir.

Yeraltı təkanların ocağı 46 km dərinlikdə, Kirakira şəhərindən 108 km məsafədə yerləşib.

Dağıntılar və xəsarət alanlar haqda məlumat yoxdur.

Sunami təhlükəsi elan olunmayıb.