Sofiyada bomba həyəcanı - Hava limanı boşaldıldı

sofiyada-bomba-heyecani
Oxunma sayı: 848

Bolgarıstanın paytaxtı Sofiyada bomba həyəcanı yaşanıb.

"Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, Bolgarıstanın paytaxtı Sofiyada rəsmilər hava limanının qarşısında dayanan bir yük maşınında partlayıcı olduğunu açıqlayıblar.

Məlumata görə, havalimanının qarşısındakı yük maşının içərisində şübhəli çantaların olması səbəbi ilə Sofiya aeroportunun 1 saylı terminalı bağlanılıb.

Daxili İşlər Nazirliyinin sözçüsü polislərin Beynəlxalq Sofiya Hava limanının bir qismini boşaltdığını bildirib.

Polisin həmçinin çantalardakı şübhəli əşyaları da yoxladığı bildirilib.