Şimali Koreya necə dəyişir? - Fotolar

simali-koreya-nece-deyisir
Oxunma sayı: 6892

Maşınla Pxenyana gələrkən diqqəti ilk cəlb edən qaranlıq olur. Şimali Koreyanın kosmosdan çəkilmiş məşhur bir fotosu var. O fotoda cilçıraq kimi alışıb-yanan Cənubi Koreyanın qonşuluğundakı zülmət qara ərazi Koreya Xalq Demokratik Respublikasıdır.

“Qafqazinfo”nun BBC-yə istinadən məlumatına görə, lakin qaranlıq, sözün əsl mənasında reallığa küçələrdə çevrilir. Gecə düşəndən sonra Pxenyanda dalbadal düzülmüş yaşayış binalarının pəncərələrindən güclə süzülən işığı tutub irəliləməyə çalışırsan. Bu ölkədə elektrik enerjisi qıtlığı var.

Gündüzlər bəzi balkonlarda quraşdırılmış günəş batareyalarını görmək olar. Bu həm də adi adamların rəsmi stansiyalardan yan keçərək sözün hərfi mənasında “işıqlığa çıxması” kimi də yozula bilər.

Bu cür fərdiyyətçilik burada özünü müxtəlif sahələrdə göstərir. 1990-cı illərin aclığından sonra iqtisadiyyat dəyişməyə başlayıb. Ac adamlar öz ərzaqlarını özləri becərməyi öyrəniblər. Fərdi bazarlar həyat və ölüm probleminin sərtliyini bir az yumşaldıb.

Belə fəndlər ayaq tutandan sonra qalır. İndi buna hakimiyyət orqanları da sakit baxırlar. Üstəlik, bəzi müəssisələr kapitalist qurumları kimi fəaliyyət göstərirlər. Menecerlər istehsalatdan öz paylarını alırlar, dövlət isə öz payını.

Bu isə o deməkdir ki, burada pul var. Daha doğrusu bəzi adamlar üçün müəyyən pul var. Biznes üslubunun dəyişməsi ilə yanaşı, həm də ölkənin şimalında, Çinlə sərhədin dəlmə-deşiyi çoxdur. Bu isə o deməkdir ki, ölkəyə hər cür mal gətirilir. Pxenyanın universal mağazalarında pulu olanlar üçün hər cür mal var.
Amma demək lazımdır ki, Şimlai Koreya bir çox başqa ölkələrdən, xüsusilə də Cənubi Koreyadan yoxsul olaraq qalır. Hətta Pxenyanda da Seulda olan zənginlik yoxdur.

Şimali Koreyanın kosmosdan çəkilmiş fotosundan başqa burda bir məşhur mənzərə də var. Kənd yerlərində öküz arabalarından başqa heç bir nəqliyyatın hərəkət etmədiyi uzun, boş və kimsəsiz yollar.
Lakin bu gün paytaxt Pxenyanda yol tıxacları da yaranır. Tıxaclardakı maşınların əksəriyyəti Çin istehsallıdır, lakin BMW-lar və VolksWagen-lər də var.

Amma heç dəyişməyən bir şey var. Bu da siyasi nəzarətin səviyyəsidir. Şənbə günü burada böyük parad olacaq. Vəzifəlilər və jurnalistlərlə dolu avtobuslar hərbi texnikanın və ölkənin öz vətandaşları üzərindəki qüdrətinin tamaşasına axışırlar. Hər bir küçədə əyinlərində müxtəlif formalar olan işçi dəstələrini görmək olar. Pxenyanın meydanları gənclərlə doludur.

Bütün jurnalistlərə nəzarətçilər qoşulub və bu hökumət adamları jurnalistlərin hər bir hərəkətinə göz qoyurlar. Adi adamlarla söhbət etmək olmaz, kameralarla çəkiliş aparmaq olmaz. Ölkəyə gələnlərdən Şimali Koreyaya aid ədəbiyyat Pxenyanın yeni hava limanındaca müsadirə edilir.

Hava limanı həm də hakimiyyətin dilemmasını göstərir. Bu aeroprt əllərində qalaq-qalaq dollar və avroları olan milyonlarla qonaq üçün tikilib.

Digər tərəfdən rejim qonaqlara şübhə ilə baxır. Qonaqları və onların pulunu xoşlayırlar, pozucu ideyalarını yox.