Serbiya Suriyada humanitar yardım əməliyyatına qoşuldu

serbiya-suriyada-humanitar-yardim-emeliyyatina-qosuldu
Oxunma sayı: 636

Serbiya dövləti Suriya humanitar yardımların çatdırılması prosesinə qoşulub.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, Serbiyadan Suriyaya 40 ton konservativ ərzaq, dərman və geyim kimi məhsullardan ibarət humanitar yardımın birinci partiyası Rusiya Hava-Kosmik Qüvvələri vasitəsilə çatdırılacaq. Bu barədə Rusiya Müdafiıə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, indiyə qədər Suriyaya Rusiya və Belarusdan humanitar yardımlar göndərilib. Azərbaycan da daxil olmaqla daha 3 ölkə -Çin, Hindistan və Qazaxıstan da bu prosesə qoşulacaq.