Seneqal ordusu Qambiyaya girdi

seneqal-ordusu-qambiyaya-girdi
Oxunma sayı: 2460

Senegeal ordusu Qambiyaya hərbi müdaxiləyə başladığını bildirib.

Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, buna səbəb yeni prezident seçilən Adama Barrovanın hakimiyyətə gəlməsini təmin etmək olub.

Ordu sözcüsünün sözlərinə görə, Seneqalında daxil olduğu “Qərbi Afrika İqtisadi Birliyi Ölkələri”nə (ECOWAS) aid ordu birliyi artıq Qambiyaya daxil olub.

Ordunun Qambiyanın Farafenni şəhərinə problemsiz şəkildə girdiyi vurğulanıb.

BMT Təhlükəsizlik Şurası Qambiyadakı siyasi böhran səbəbi ilə keçirdiyi təcili müşavirədə Seneqalın Şuraya təqdim etdiyi qətnamə layihəsini 15 ölkənin hamısının dəstəyi ilə qəbul edib.

Qeyd edək ki, ECOWAS bir müddət öncə Qambiyada prezident seçkilərini uduzmuş Jammehin postunu tərk etməyəci halda hərbi müdaxilə edəcəyəni bildirimişdi.