Səhiyyə naziri xərçəngdən öldü

sehiyye-naziri-xercengden-oldu
Oxunma sayı: 2248

Avstriyanın səhiyyə naziri Sabina Oberhauzer xərçəng xəstəliyi ilə uzunmüddətli mübarizədən sonra dünyasını dəyişib.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, 53 yaşlı sosial-demokrat nazir ötən həftə gözlənilmədən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, səhiyyə naziri 2015-ci ilin əvvəlindən xərçəng xəstəliyinə yoluxub.

S. Oberhauzer 2014-cü ildən səhiyyə naziri vəzifəsini icra edir. Vəziyyəti pisləşəndən sonra onun vəzifəsini müvəqqəti olaraq sosial məsələlər üzrə nazir Alois Ştoqer icra edib.

Avstriya prezidenti Aleksandr Van nazirin vəfatı ilə əlaqədar başsağlığı verib.