Səfirin qətl anı “ilin ən yaxşısı” seçildi

sefirin-qetl-ani-ilin-en-yaxsisi-secildi
Oxunma sayı: 989

World Press Photo-nun əsas mükafatı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilini çəkən Associated Press-in fotoqrafına təqdim edilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, jüri rəhbəri Stüart Franklin Burhan Ozbilicinin fotosunu “ağlasığmaz dərəcədə sərt xəbər fotosu” deyə dəyərləndirib. 

Müsabiqədə bu il ümumilikdə 125 ölkədən olan 5034 fotoqraf 80 min foto ilə iştirak edib.

Qeyd edək ki, qeyri-kommersiya təşkilatı olan World Press Photo 1995-ci ildən bəri Niderland şahzadəsinin himayəsi altında fəaliyyət göstərir.