Saxta içkilər rusları öldürür

saxta-ickiler-ruslari-oldurur
Oxunma sayı: 1189

Rusiyanın bir sıra regionlarında alkoqollu içkilərdən ölüm halları aşkar edilib.

"Qafqazinfo"nun azadliq.org-a istinadən məlumatına görə, Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin son günlər Krasnoyarsk, Çuvaşiya, Orenburq, Kursk, Kaluqa və Moskva regionlarında alkoqollu içkilərdən onlarla adamın öldüyünü və ya xəstəxanaya düşdüyünü deyir.

O metan spirtindən zəhərlənənlərin dəqiq sayını göstərməyib, amma ölənlərin sayının artdığını bildirib.

Saxta alkoqollu içkilərdən zəhərlənmə halları aşkar edilən regionlarda istintaq başlayıb.

Təkcə Krasnoyarskda saxta “Jack Daniel” viskisindən azı 11 nəfər ölüb.

Faktla bağlı 6 şübhəlinin saxlanıldığı bildirilir.