Sarkisyan Türkiyə haqda - “Toy 2 tərəfin razılığı ilə olmalıdır”

sarkisyan-turkiye-haqda
Oxunma sayı: 3133

Rəsmi Ankara İrəvanla şərtsiz əlaqələri bərpa etməyə hazır deyil. “Qafqazinfo” xəbər verir ki, bu sözləri prezident Serj Sarkisyan “Sputnik Armenia” saytına müsahibəsində deyib. 

Onun sözlərinə görə, Ermənistan-Türkiyə sərhədləri İrəvanla Ankara arasında ancaq ilkin şərtlər olmadan, qarşılıqlı istəklə açıla bilər:

“Bəlkə də bu, məşhur nümunə deyil, lakin mən həmişə deyirəm: İstənilən toy hər iki tərəfin razılığını tələb edir. Burada demək olmaz ki, məsələ 50 faiz həll olunub. Bu planda heç nə bizdən asılı deyil.

Gəlin təhlükəsizlik zonasını Azərbaycana verək, Türkiyə də sərhədləri açsın. Bəs sonra? Üç ay sonra, il sonra, yarım il sonra hansısa münaqişə baş verəcək, sərhədlər yenidən bağlanacaq”.