“Samsung”un vitse-prezidentinin həbsinə order verildi

samsungun-vitse-prezidentinin-hebsine-order-verildi
Oxunma sayı: 1261

Cənubi Koreya prokurorluğu “Samsung” şirkətinin vitse-prezidenti Li Çje Yonun həbsinə order verib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ona korrupsiya, vəsaitin mənimsənilməsi və yalan ifadə vermək ittihamları irəli sürülüb. Onun həbsi məhkəmə tərəfindən də təsdiqlənməlidir. Bununla bağlı məhkəmə dinləmələri yanvarın 18-də keçiriləcək.

Qeyd edək ki, vitse-prezidentlə bağlı araşdırma ölkə başçısı Pak Kın Xeyə qarşı açılan cinayət işi ilə əlaqəlidir.